AZ

Hindistanda təyyarə qəzaya uğradı: 133 nəfər öldü - VİDEO

Hindistanın Əhmədabad hava limanı yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb.

Gundem.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat verib.

***

Hindistanın qərbindəki Əhmədabad şəhərində hava limanı yaxınlığında qəzaya uğrayan "Air India" təyyarəsinin göyərtəsində 240-dan çox sərnişin olub.

Bu barədə NDTV xəbər verib.

Təyyarənin Böyük Britaniyanın Birmingem şəhərinə uçduğu bildirilir.

"Flightradar24" isə xəbər verir ki, qəzaya uğrayan "Boinq 787-8 Dreamliner" təyyarəsi olub və havaya qalxdıqdan bir neçə saniyə sonra qəza siqnalı verib.

***

İlkin məlumata görə, qəza nəticəsində 30 nəfər ölüb.

Hindistan Mülki Aviasiya Baş İdarəsi bildirib ki, təyyarədə 242 nəfər olub.

“Onlardan 2-si pilot, 10-u isə uçuş bələdçisidir”, - məlumatda qeyd olunub.

NDTV kanalının məlumatına görə, qəza nəticəsində sağ qalanlar var.

***

Hindistanın “TaymsNou” kanalının məlumatına görə, qəzada həlak olanların sayı 110-a yüksəlib.

***

Hindistanda qəzaya uğrayan təyyarənin göyərtəsində 169 Hindistan, 53 Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşı olub.

Bu barədə "Air India" məlumat yayıb.

Təyyarənin həkimlər üçün yataqxana binasının üzərinə düşdüyü bildirilir.

***

Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 133 nəfərə çatıb. /Axar.az

Seçilən
4
1
gundem.az

2Mənbələr