AZ

Hindistanda təyyarə qəzası olub- ÖLƏNLƏR VAR

Hindistanın Əhmədabad hava limanı yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb.
ONN media xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat verib.
***
Hindistanın qərbindəki Əhmədabad şəhərində hava limanı yaxınlığında qəzaya uğrayan "Air İndia" təyyarəsinin göyərtəsində 240-dan çox sərnişin olub.
Bu barədə NDTV xəbər verib.
Təyyarənin Böyük Britaniyanın Birmingem şəhərinə uçduğu bildirilir.
"Flightradar24" isə xəbər verir ki, qəzaya uğrayan "Boinq 787-8 Dreamliner" təyyarəsi olub və havaya qalxdıqdan bir neçə saniyə sonra qəza siqnalı verib.
***
İlkin məlumata görə, qəza nəticəsində 30 nəfər ölüb.
Hindistan Mülki Aviasiya Baş İdarəsi bildirib ki, təyyarədə 242 nəfər olub.
“Onlardan 2-si pilot, 10-u isə uçuş bələdçisidir”, - məlumatda qeyd olunub.
NDTV kanalının məlumatına görə, qəza nəticəsində sağ qalanlar var.
***
Hindistanın “TaymsNou” kanalının məlumatına görə, qəzada həlak olanların sayı 110-a yüksəlib.
***
Hindistanda qəzaya uğrayan təyyarənin göyərtəsində 169 Hindistan, 53 Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşı olub.
Bu barədə "Air İndia" məlumat yayıb.
Təyyarənin həkimlər üçün yataqxana binasının üzərinə düşdüyü bildirilir.
Xatırladaq ki, təyyarədə 12 heyət üzvü də olub.
***
Hindistanda “Air İndia” aviaşirkətinə məxsus “Boinq 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 133 nəfərə çatıb.
***
Hindistanda qəzaya uğrayan “Air İndia” aviaşirkətinə məxsus “Boinq 787-8 Dreamliner” təyyarəsinin göyərtəsində olan 242 nəfərin hamısı həlak olub.
Bu barədə “Ntws 18” telekanalı məlumat yayıb
Seçilən
0
1
onn.az

2Mənbələr