İlkin məlumatlara görə, hava gəmisi quşla toqquşub və uçuş üçün optimal sürətə çata bilməyib. Nəticədə təyyarə ali təhsil müəssisəsinin binasına çırpılıb. Təyyarənin yaşayış məntəqələri və universitetin binasına düşməsi yerli sakinlər arasında da ölənlərin olduğunu deməyə əsas verir.
“Air India” bildirib ki, insidentin araşdırılmasında müvafiq orqanlarla tam əməkdaşlıq edir. Həmçinin sərnişinlərin yaxınlarına məlumat verilməsi üçün xüsusi qaynar xətt yaradılıb.
***
Hindistanın qərbində “Air India” şirkətinin təyyarəsinin qəzaya uğraması nəticəsində azı 40 nəfər həlak olub
AzVision.az “News18” və “NDTV” telekanallarına istinadən xəbər verir ki, “ aviaşirkətinə məxsus, göyərtəsində 242 sərnişinin olduğu “Boeing 787 Dreamliner” təyyarəsinin qəzaya uğrayaraq yaşayış massivinə düşməsi nəticində yerdə də zərərçəkənlər ola bilər.
Əhmədabaddakı Sərdar Vallabhbhai Patel adına Beynəlxalq Hava Limanı (SVPIA) “Air India” aviaşirkətinin təyyarəsinin qəzaya uğramasından sonra bütün əməliyyatları dayandırıb.
“Qəzadan sonra bütün əməliyyatlar növbəti xəbərdarlığa qədər müvəqqəti olaraq dayandırılıb”,-aeroportun nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.
“Reuters” agentliyinin məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində Hindistan, Kanada, Portuqaliya və Böyük Britaniya vətəndaşları olub.
В индийском аэропорту Ахмадабада разбился самолет
— seymur bakshev (@seymur_bakshev) June 12, 2025
На борту находились 130 пассажиров. pic.twitter.com/dkWomg0ZBq
Различные СМИ расходятся в заявлениях о числе пассажиров, которые находились на самолете
— seymur bakshev (@seymur_bakshev) June 12, 2025
Издание ANI пишет, что самолет перевозил уже 242 пассажиров, а The Times of India утверждает, что их было 290. pic.twitter.com/dkE5kGEk69
Sahil İsgəndərov
AzVision.az