AZ

Nazir Xəzinadarlıq İdarələrini ləğv etdi - Yalnız bir quruma rəis təyin EDİLDİ

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin Xəzinadarlıq İdarələri və yerli bölmələri ləğv edilib. 

Redaktor.az-ın "Qaynarinfo"ya istinadla məlumatına görə, bu barədə nazir Sahil Babayev əmr imzalayıb. 

Paytaxtda da mövcud olan 11 Xəzinədarlıq İdarəsi ləğv olunub və işçilər sərəncama götürülüb. 

Yalnız Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin 2 saylı Xəzinədarlıq İdarəsi saxlanılıb. Sözügedən qurumun rəisi Muradov Yəhya Məmmədhüseyn oğlu vəzifəsindən azad edilib və yerinə Etibar Muradov təyin olunub. 

Yaxın vaxtlarda Xəzinədarlıq İdarələri birləşdirilərək, Regional İdarələr kimi fəaliyyət göstərəcək.

Seçilən
19
14
redaktor.az

10Mənbələr