Yazını böyüt
Yazını kiçilt
Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin Xəzinadarlıq İdarələri və yerli bölmələri ləğv edilib.
Hafta.az qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə nazir Sahil Babayev əmr imzalayıb.
Paytaxtda da mövcud olan 11 Xəzinədarlıq İdarəsi ləğv olunub və işçilər sərəncama götürülüb.
Yalnız Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin 2 saylı Xəzinədarlıq İdarəsi saxlanılıb. Sözügedən qurumun rəisi Yəhya Muradov vəzifəsindən azad edilib və yerinə Etibar Muradov təyin olunub.
Yaxın vaxtlarda xəzinədarlıq idarələri birləşdirilərək, regional idarələr kimi fəaliyyət göstərəcək.