AZ

“Turan Tovuz”dan böyük üstünlük, “Neftçi” ikinci, “Sumqayıt” üçüncü pillədə

ain.az bildirir, sport24.az portalına istinadən.

Misli Premyer Liqasının 2024/25 mövsümünün oyunlarını 275 min 933 tamaşaçı izləyib. Sport24.az xəbər verir ki, keçirilən 180 matçda orta tamaşaçı sayı 1533-ə bərabər olub.

Ev oyunlarındakı izləyici sayında "Turan Tovuz" hamını qabaqlayıb. Qərb təmsilçisi mövsüm ərzində ümumilikdə 78500, orta hesabla hər oyunda 4361 tamaşaçı toplayıb.

"Turan Tovuz"un göstəricisi ikinci yerdəkindən təxminən 2 dəfə çoxdur. Tamaşaçı sayında "Neftçi" ikinci, "Sumqayıt" üçüncü pillədə qərarlaşıb.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Mövsümün ən çox tamaşaçı toplayan qarşılaşmaları Azərbaycan derbiləridir. XXIII turda "Neftçi" – "Qarabağ" oyununda 9355, XXXI turda "Qarabağ" – "Neftçi" görüşündə 7200, XV turun "Neftçi" – "Qarabağ" matçında 7069 azarkeş qeydə alınıb. "Sumqayıt" – "Qarabağ" (IX tur, 7000 tamaşaçı) və "Turan Tovuz" – "Qarabağ" (XXVIII tur, 6500 tamaşaçı) oyunları da ilk "beşlik"də yer alıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
11
sport24.az

10Mənbələr