AZ

Azərbaycan Premyer Liqasının oyunlarını nə qədər azarkeş izləyib?

Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün matçlarını 275 min 933 tamaşaçı izləyib.

Publika.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 180 oyunda orta tamaşaçı sayı 1533-ə bərabər olub.

Ev görüşlərindəki izləyici sayında “Turan Tovuz” hamını qabaqlayıb. Qərb təmsilçisi mövsüm ərzində 78500, orta hesabla hər oyunda 4361 tərəfdar toplayıb.

“Turan Tovuz” ikinci yerdən təxminən iki dəfə önədir. Tamaşaçı sayında “Neftçi” ikinci, “Sumqayıt” üçüncü pillədə qərarlaşıb.

Seçilən
27
4
publika.az

10Mənbələr