Azərbaycanda əlilliyə görə verilən sosial müavinətlər artırılır.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən:
1. Orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat (hazırda 270 manat),
2. Orqanizmin funksiyalarının 61–80 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 manat (hazırda 220 manat),
3. Orqanizmin funksiyalarının 31–60 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 manat (hazırda 150 manat) aylıq sosial müavinət veriləcək.
Dəyişiklik iyulun 1-dən etibarən qüvvəyə minəcək.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta