AZ

Əlilliyi olan şəxslərə verilən sosial müavinətlərin YENİ MƏBLƏĞLƏRİ

Azərbaycanda əlilliyə görə verilən sosial müavinətlər artırılır.

 

Sfera.az  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

 

Fərmana əsasən: 
 

1. Orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat (hazırda 270 manat), 
 

2. Orqanizmin funksiyalarının 61–80 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 manat (hazırda 220 manat), 


3. Orqanizmin funksiyalarının 31–60 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 manat (hazırda 150 manat) aylıq sosial müavinət veriləcək.
 

Dəyişiklik iyulun 1-dən etibarən qüvvəyə minəcək.

Seçilən
59
3
sfera.az

4Mənbələr