AZ

Əlilliyə görə verilən müavinətlər nə qədər artıb?


Əlilliyə görə verilən sosial müavinətlər artırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu, Prezident İlham Əliyevin sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında imzaladığı Fərmanda öz əksini tapıb.
Fərmana əsasən, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 (üç yüz) manat, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 (iki yüz əlli) manat, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 (yüz səksən) manat sosial müavinət veriləcək.
Sosial müavinətlər 2025-ci il iyulun 1-dən artırılacaq.
Qeyd edək ki, bu vaxta qədər sözügedən müavinətlərin məbləği belə idi:
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 270 manat;
Orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 220 manat;
Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 150 manat
Seçilən
32
6
yeniavaz.com

10Mənbələr