AZ

Əlilliyə görə müavinətlər bu qədər olacaq - Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sosial müavinətlərin artırılması haqda Fərman imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, buraya əlilliyə görə sosial müavinətlər də aiddir.

Fərmana əsasən, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 (üç yüz) manat, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 (iki yüz əlli) manat, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 (yüz səksən) manat sosial müavinət veriləcək.

Qeyd edək ki, sosial müavinətlər 2025-ci il iyulun 1-dən artırılır.


Seçilən
16
11
qafqazinfo.az

10Mənbələr