Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən ötən ildən təxirə salınmış “Indo Defence” sərgisi çərçivəsində iyunun 12-də İndoneziyanın müdafiə naziri Sjafrie Sjamsoeddin və Pakistanın müdafiə istehsalatı üzrə federal naziri Muhammad Raza Hayat Harraj ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, görüşlərdə müdafiə sənayesi sahəsində beynəlxalq sərgilərin təşkilinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb, ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Indo Defence” ilə paralel olaraq, “Indo Aerospace”, “Indo Marine” və “Indo Security” sərgiləri də keçirilir. Beynəlxalq sərgilər iyunun 14-də başa çatacaq.