Vüqar Mustafayev İndoneziyanın müdafiə naziri və Pakistanın müdafiə istehsalatı üzrə federal naziri ilə görüşüb
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən ötən ildən təxirə salınmış “Indo Defence 2024” sərgisi çərçivəsində iyunun 12-də İndoneziya Respublikasının müdafiə naziri Sjafrie Sjamsoeddin və Pakistan İslam Respublikasının müdafiə istehsalatı üzrə federal naziri Muhammad Raza Hayat Harraj ilə görüşüb.Görüşlərdə müdafiə sənayesi sahəsində beynəlxalq sərgilərin təşkilinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb, ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Qeyd edək ki, “Indo Defence 2024” ilə paralel olaraq, “Indo Aerospace”, “Indo Marine” və “Indo Security” sərgiləri də keçirilir. Beynəlxalq sərgilər iyunun 14-də başa çatacaq.
MƏLUMAT YENİLƏNİR ...