AZ

Azərbaycan güləşçilərindən uğursuz çıxış

futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan qadın güləşçiləri Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunan U-17 Avropa çempionatında çıxışlarını başa vurublar.

Futbolpress.az xəbər verir ki, dördüncü yarış günündə Nəzrin Əhmədli (46 kq) ilk mərhələdə yunanıstanlı Mariya Qkikanı mübarizədən kənarlaşdırıb – 10:9.

Ancaq həmyerlimiz 1/4 finalda rusiyalı İrina Tsıdeyeva ilə bacarmayıb – 0:10.

Fatimə Bayramova (53 kq) təsnifat mərhələsində polşalı Culiya Qibalskaya 2:6 hesabı ilə məğlub olub.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Esra Məmmədli (61 kq) rumuniyalı Oana Dumitruya 8:2 hesabı ilə qalib gəlsə də, 1/8 finalda belaruslu Varvara Aliseyenka ilə gərgin mübarizədən məyus ayrılıb – 3:4.

Fidan Babayeva (65 kq) ilk təsəlliverici görüşdə italiyalı Culiya Karrini 4:0 hesabı ilə üstələsə də, belaruslu Anastasiya Komanavaya uduzub – 0:3.

Milana Bağırzadə (69 kq) isə 1/8 finalda gürcüstanlı Anna Qodelaşviliyə minimal fərqlə (2:3) məğlub olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
3
futbolpress.az

7Mənbələr