AZ

“Qarabağ” Avstriyaya yollanacaq » AzadMedia.az


“Qarabağ”ın mövsümlərarası fasilədə keçirəcəyi ilk yoxlama oyununun vaxtı və rəqib müəyyənləşib.

Qurban Qurbanovun yetirmələri Bakıda təşkil olunacaq təlim-məşq toplanışında “Zirə” ilə qarşılaşacaq.

Matç iyunun 30-da keçiriləcək. Qarşılaşma “Azersun Arena”da baş tutacaq.

Qeyd edək ki, iyunun 18-dən iyulun 2-dək Bakıda toplanış keçəcək komanda hazırlığını Avstriyada davam etdirəcək.
Seçilən
61
31
azadmedia.az

10Mənbələr