“Qarabağ”ın mövsümlərarası fasilədə keçirəcəyi ilk yoxlama oyununun vaxtı və rəqib müəyyənləşib.
Msport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Bakıda təşkil olunacaq təlim-məşq toplanışında “Zirə” ilə qarşılaşacaq.
İyunun 30-da keçiriləcək qarşılaşma “Azərsun Arena”da baş tutacaq.
Qeyd edək ki, iyunun 18-dən iyulun 2-dək Bakıda toplanış keçəcək “köhlən atlar” hazırlığı Avstriyada davam etdirəcək.