Tehran Vaşinqtonla razılaşmanı yekunlaşdırmasa, İsrail bu bazar günü, iyunun 15-də İrana hərbi zərbə endirməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp və İsrail rəsmilərinin administrasiyasının rəsmilərinə istinadla "The Wall Street Journal" (WSJ) nəşri məlumat yayıb.
Nəşrin mənbələrinin məlumatına görə, İsrail Tehranın nüvə silahının yaradılması üçün münasib fissul materialın zənginləşdirilməsi dayandırmaması halında hərbi əməliyyat keçirmək imkanını nəzərdən keçirir.
Birləşmiş Ştatlar və İran arasında müzakirələrin altıncı raundunun bu tarixə keçirilməsi planlaşdırılır. Bu raund çərçivəsində tərəflər İranın nüvə proqramının inkişafına məhdudiyyətləri müzakirə edirlər.
WSJ yazıb ki, İsrailin Baş naziri Benyamin Netanyahu iyunun 9-da güc tətbiqi ilə bağlı mümkün ssenarini ABŞ Prezidenti Donald Trampla müzakirə edib. Bundan sonra Vaşinqton diplomatların və hərbi qulluqçuların Yaxın Şərqdən qismən evakuasiyasına başlayıb.