AZ

Ermənistanın müttəfiqi çətin vəziyyətdə: Paşinyan yeni tərəfdaş axtarışında

Milli.az saytına istinadən ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksəkrütbəli hərbçi və nüvə alimləri həlak olublar. Bu o deməkdir ki, hazırda Ermənistanın müttəfiqi çətin vəziyyətdədir. 

Bəs İranın bu durumunda Ermənistanın mövqeyi necədir? 

"Ermənistan baş naziri Nikol Paşinyanın yaxın günlərdə Türkiyəyə səfər edəcəyi xəbərinin yayılmasının İran ətrafında baş verən hadisələrlə əlaqəli ola bilər".

Milli.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, İran Ermənistanın əsas müttəfiqidir:

"Ancaq ABŞ və İsrail İrana qarşı sərt tədbirlərə əl atarlarsa, İrəvan Tehranla münasibətləri əvvəlki səviyyədə saxlaya bilməyəcək. Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının ləngiməsi fonunda heç olmazsa Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır. O Ankarada Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla iki ölkə arasında münasibətlərlə yanaşı Ermənistan-Azərbaycan danışıqlarının hazırki vəziyyətini də müzakirə etmək istəyir. Paşinyan ümid edir ki, Ankara sülh sazişinin imzalanması məqsədilə Bakının mövqeyinə təsir edəcək. Halbuki, Ankaranın İrəvana ünvanladığı "əvvəlcə Azərbaycanla məsələləri həll edin" yanaşması dəyişməyib".

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Aysel Əkbər

Milli.Az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
1
news.milli.az

10Mənbələr