AZ

Marko Rubio: ABŞ İsrailin İrana endirdiyi zərbələrdə iştirak etməyib

İsrailin İranda həyata keçirdiyi hücumlarda ABŞ-ın heç bir iştirakı və ya dəstəyi olmayıb.
 
APA "CNN"ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
 
“Bu axşam İsrail İrana qarşı birtərəfli hərbi əməliyyat həyata keçirdi. Biz bu zərbələrdə iştirak etmirik və əsas prioritetimiz regiondakı Amerika qüvvələrinin təhlükəsizliyidir,” – deyə o, bəyanatında bildirib.
 
Rubio qeyd edib ki, İsrail bu addımı özünü müdafiə məqsədilə atdığını bildirib: “Prezident Tramp və Administrasiya qüvvələrimizi qorumaq üçün bütün zəruri addımları atıb və regiondakı tərəfdaşlarımızla daimi əlaqədədir. Aydın şəkildə bildirirəm ki, İran ABŞ maraqlarını və hərbçilərini hədəfə almamalıdır.
Seçilən
42
2
moderator.az

10Mənbələr