İsrailin hava hücumları nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hüseyn Səlami və qüvvələrin bir neçə yüksək rütbəli zabiti həlak olub. İran rəsmiləri hələlik onların ölüm xəbərini şərh etməyiblər. Bu barədə İranın dövlət xəbər agentliyi Tasnim xəbər verib.
Mənbələrin məlumatına görə, mümkün qurbanlar arasında İranın aparıcı nüvə mütəxəssisləri - Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi və İslam Azad Universitetinin prezidenti Məhəmməd Mehdi Tehrançi də var.
İsrail iyunun 13-nə keçən gecə İrana qarşı əməliyyat keçirdiyini rəsmən təsdiqləyib. Baş nazir Benyamin Netanyahu bildirib ki, zərbələr digər şeylərlə yanaşı, Natanzdakı nüvə infrastruktur obyektlərinə və proqramla əlaqəli alimlərə də yönəlib.
Gülnar