AZ

İsrail Tehranın mərkəzində nüvə alimlərini raketlə vurdu – Tehrançi evində, yatdığı yerdə öldürülüb

 İsrailin İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hava hücumları nəticəsində ölkənin iki nüvə alimləri – Məhəmməd Mehdi Tehrançi və Fereydun Abbasi həlak olub.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İran mediası yayıb. Rəsmi açıqlama olmasa da, sosial şəbəkələrdə paylaşılan görüntülər və yerli mənbələrin iddiasına görə, Məhəmməd Mehdi Tehrançi birbaşa Tehranın içindəki çoxmərtəbəli mənzilində, yatdığı yerdə raketlə vurularaq öldürülüb.

Fereydun Abbasi isə İranın keçmiş Atom Enerjisi Təşkilatının rəhbəri olub və ölkənin nüvə proqramının əsas memarlarından biri sayılırdı. O da bu zərbələrdə həlak olanlar arasındadır.

Qeyd edək ki, İsrailin İrana qarşı son hücumları nəticəsində bir neçə yüksək rütbəli SEPAH komandanı ilə yanaşı, nüvə proqramının beyin mərkəzləri də hədəf alınıb. Bu isə əməliyyatın sırf simvolik yox, strateji və elmi infrastruktura qarşı yönəldiyini göstərir.

Seçilən
53
4
ictimairey.az

10Mənbələr