AZ

Zaminsiz 40 000 AZN-dək istehlak krediti ilə rahat maliyyə dəstəyi

“Azər-Türk Bank” ASC istehlak krediti məhsulu çərçivəsində müştərilərə 40 000 AZN-dək zaminsiz maliyyə dəstəyi təqdim edir.

Finss.az xəbər verir ki, kreditin müddəti 3 aydan 48 ayadək, illik faiz dərəcəsi isə 11% təşkil edir.

Bankın təqdim etdiyi istehlak krediti aşağıdakı üstünlüklərlə fərqlənir:

  • Asan və rahat ödəniş imkanı: Müştərilər aylıq kredit ödənişlərini mobil tətbiq və ya bankın rəsmi saytı vasitəsilə rahat şəkildə həyata keçirə bilirlər.
  • Sürətli onlayn sifariş: İstənilən məbləğ seçilərək onlayn formada dərhal kredit sifariş etmək mümkündür.
  • Kredit həyat sığortası: Gözlənilməz hallar zamanı kredit borcunun ödənilməsi sığorta şirkəti tərəfindən təmin edilir.

Kreditə müraciət etmək istəyənlər “Azər-Türk Bank”ın rəsmi saytından və ya mobil tətbiqindən istifadə edərək kredit sifarişini asanlıqla tamamlayıb, vəsaiti qısa zamanda əldə edə bilərlər. Daha ətraflı məlumat üçün bankın rəsmi resurslarına müraciət etmək tövsiyə olunur.

Ətraflı məlumat üçün: //atb.az/kredit/

Fuad Mədətov
Finss.az

Seçilən
61
40
fins.az

10Mənbələr