AZ

Zaminsiz kredit xətti və illik gəlir imkanı bir kartda birləşib

“Azər-Türk Bank” ASC yeni ATB Card məhsulu ilə müştərilərə 10 000 AZN-dək zaminsiz kredit imkanı təqdim edir.

Finss.az xəbər verir ki, Bu kart vasitəsilə 3 il müddətinə, illik 20% faiz dərəcəsi ilə kredit xətti əldə etmək mümkündür. Kredit xətti həm onlayn sifarişlə, həm də bankın filiallarına müraciət etməklə aktivləşdirilə bilər.

ATB Card məhsulunun üstünlükləri bunlardır:

  • 500 – 10 000 AZN-dək zaminsiz kredit xətti (bəzi hallarda 5 000 AZN-dək)
  • 3 il müddətinə illik 20% faiz dərəcəsi ilə istifadə imkanı
  • Qalığa illik 5.5% gəlir – kartda saxlanılan debit vəsaitə görə illik faiz qazancı təqdim olunur
  • Card to Card 0% – atb360 mobil tətbiqi və atb.az/c2c vasitəsilə köçürmələrdə komissiya tutulmur
  • 0% konvertasiya – fərqli valyutalarda aparılan əməliyyatlarda əlavə konvertasiya xərci yoxdur

ATB Card-ı əldə etmək istəyən şəxslər onlayn sifariş edərək qısa müddətdə bu xidmətə qoşula bilərlər. Bankın təqdim etdiyi bu məhsul həm gündəlik xərclərdə çevik maliyyə həlləri təqdim edir, həm də əlavə gəlir imkanı yaradır. Daha ətraflı məlumat üçün “Azər-Türk Bank”ın rəsmi internet səhifəsinə və ya mobil tətbiqinə daxil olmaq tövsiyə olunur.

Ətraflı məlumat üçün: //atb.az/kredit-kart/

Fuad Mədətov
Finss.az

Seçilən
57
40
fins.az

10Mənbələr