AZ

Millinin sabiq futbolçusu həbs olundu

Niderland millisinin sabiq futbolçusu Kvinsi Promes həbs edilib.

Msport.az xəbər verir ki, 33 yaşlı vingerin vəkili həbs xəbərini təsdiqləyib.

O, ötən gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində saxlanılıb.

Oyunçu əmisi oğluna bıçaqla hücum etməkdə və narkotik qaçaqmalçılığında təqsirli bilinib. Promesi hər iki cinayətinə görə ümumilikdə 7 il 5 ay həbs cəzası gözləyir.

Qeyd edək ki, Kvinsi Promes 2018/2019 mövsümündə “Sevilya”da çıxış edib. 2019-2021-ci illər aralığında “Ayaks”ın formasını geyinən futbolçu daha sonra ardıcıl 3 il Moskva “Spartak”ının şərəfini qoruyub. Promes son olaraq “Dubay Yunayted”in uğurları üçün çalışıb.

Seçilən
46
8
msport.az

10Mənbələr