AZ

Yardımlıda traktor aşdı, ölən var

Yardımlıda ölümlə nəticələnən yol qəzası baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Urakəran kəndində baş verib. Kənd sakini Yaqub Rafiq oğlu Qəliyev idarə etdiyi "Belarus" markalı, 65-T-211 dövlət qeydiyyat nişanlı traktoru qoşqu ilə birlikdə aşırıb, nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
33
5
avtosfer.az

10Mənbələr