AZ

Traktor aşdı, sürücü öldü

Yardımlıda yol-nəqliyyat hadisəsi baş verib. 

News24.az xəbər verir ki, hadisə ötən gün rayonun Urakəran kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Qəliyev Yaqub Rafiq oğlu idarə etdiyi “Belarus” markalı, 65-T-211 dövlət qeydiyyat nişanlı traktoru qoşqu ilə birlikdə aşırıb.

Nəticədə Y.Qəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır./Qafqazinfo


Seçilən
17
16
news24.az

10Mənbələr