AZ

Qadın adları ilə saxta profillər yaradaraq vətəndaşları aldadan şəxs SAXLANILDI - VİDEO

Babək Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində sosial şəbəkələrdə qadın adlarından istifadə edərək saxta profillər açan  və bu yolla vətəndaşların pul vəsaitlərini talayan 23 yaşlı Elməddin Babayev saxlanılıb.

Bizim.Media DİN- ə istinadən xəbər verir ki, araşdırma zamanı Elməddin Babayevin sosial şəbəkə hesablarında fiziki qüsurlu azyaşlıların fotolarını paylaşaraq onları öz övladı kimi təqdim etdiyi və həqiqətəuyğun olmayan məlumatlar paylaşdığı müəyyən edilib. 

Faktlarla bağlı araşdırma aparılır.

E.Babayevin qanunsuz əməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.


Bizim.Media

Seçilən
24
18
bizim.media

10Mənbələr