AZ

İsrail prezidenti İrana hücumu şərh edib » AzadMedia.az


Prezident Hersoq: İsrail təhdidləri aradan qaldırmaq üçün əməliyyata başladı

İsrail prezidenti Yitzhak Hersoq ölkəsinin İran ərazisinə zərbə endirərək "millətimizin varlığına qarşı təhdidləri zərərsizləşdirmək üçün məqsədyönlü əməliyyata" başladığını bəyan edib. Bu fikirlər onun X sosial şəbəkəsindəki səhifəsində yer alıb.

Onun sözlərinə görə, “son onilliklər ərzində qlobal terror imperiyasının başında duran İran rejimi öz əlaltılarının köməyi ilə regionu radikallaşdırmaq və sabitliyi pozmaqda davam edib, hərbi nüvə potensialını artırmaq və ballistik raket arsenalını genişləndirmək üzərində yorulmadan çalışıb”.

O, həmçinin İranı “İsrail dövlətini məhv etmək” niyyətində ittiham edib və bu planlarını reallıqda həyata keçirməyə çalışıb.

"İsrailin özünü müdafiə etmək üçün ayrılmaz hüququ və müqəddəs vəzifəsi var - və bunu həmişə qəti və aydın şəkildə edəcək. Biz səmimi şəkildə ümid edirik ki, bu, regionumuzun inkişaf trayektoriyasını daha dinc və firavan gələcəyə doğru dəyişəcək", - Hersoq yazıb.

İyunun 13-nə keçən gecə İsrail məqsədi İranın nüvə və raket proqramlarına zərər vurmaq olan “Am KeLavi” (“Aslan kimi millət”) əməliyyatının başladığını elan edib. Bundan sonra yəhudi dövlətinin ordusu Tehran və Netenz də daxil olmaqla bir neçə yaşayış məntəqəsində obyektlərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələrinin yerləşdiyi hərbi bazalar, zenit müdafiə sistemləri və yaşayış kompleksləri olub.

Bu fonda İranın ali lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, hücumlar nəticəsində bir neçə alim və komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamenei İsrailin zərbələrinə cavab olaraq İran qoşunlarına “hərəkət azadlığı” verdiyini bildirib.
Seçilən
14
1
azadmedia.az

2Mənbələr