AZ

Neçə nəfərin təqaüd və müavinəti artırılacaq? - Nazir müavini AÇIQLADI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2025-ci ildə həyata keçirilən növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərin artırılmasına dair brifinq keçirilir.

Modern.az xəbər verir ki, brifinqdə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev vətəndaş rifahı təminatının, sosial müdafiə sisteminin gücləndirilməsinin Prezident İlham Əliyevin uğurlu siyasətinin əsas istiqamətlərindən biri olduğunu deyib.

O qeyd edib ki, dövlət başçısının Fərman və sərəncamları ilə 2018-2025-ci illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketi icra olunub və bu islahatlar üzrə ayrılan illik əlavə vəsait 7,6 milyard manat təşkil edir.

Nazir müavini bildirib ki, yeni sosial artımlar 1,1 milyon insanı əhatə edəcək.

O xatırladıb ki, vətəndaş rifahının təminatı və sosial müdafiə sisteminin gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin Fərman və Sərəncamları 2018-2025-ci illərdə dörd milyondan çox vətəndaşı əhatə edən beş sosial islahat paketi icra olunub: “Bu islahatlar üzrə ayrılan illik əlavə vəsait 7,6 milyard manat təşkil edir”.

Nazir müavini həmçinin bildirib ki, sosial artımların inflyasiyaya necə təsir edib-etməməsini indi demək mümkün deyil: “Amma istənilən halda artımlar bazara təsir edəcək, lakin dediyim kimi inflyasiyaya təsirlə bağlı nəsə demək çətindir”.

 

Seçilən
38
4
modern.az

6Mənbələr