Yeni sosial artımlar 1,1 milyon insanı əhatə edəcək.
FED.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev brifinqdə deyib.
O xatırladıb ki, vətəndaş rifahının təminatı və sosial müdafiə sisteminin gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin Fərman və Sərəncamları 2018-2025-ci illərdə dörd milyondan çox vətəndaşı əhatə edən beş sosial islahat paketi icra olunub: “Bu islahatlar üzrə ayrılan illik əlavə vəsait 7,6 milyard manat təşkil edir”.
Nazir müavini həmçinin bildirib ki, sosial artımların inflyasiyaya necə təsir edib-etməməsini indi demək mümkün deyil: “Amma istənilən halda artımlar bazara təsir edəcək, lakin dediyim kimi inflyasiyaya təsirlə bağlı nəsə demək çətindir”. (Report)