AZ

“EgyptAir” İraq, İordaniya və Livana uçuşları ləğv edib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 13 iyun, AZƏRTAC

Misirin hava yolları dövlət şirkəti “EgyptAir” regionda vəziyyətin gərginləşməsi fonunda İraq, İordaniya və Livan paytaxtlarına uçuşları ləğv edib.

AZƏRTAC xəbər verir ki, Misirin Mülki Aviasiya Nazirliyi bu barədə özünün sosial media hesabında yazıb.

“EgyptAir” Yaxın Şərqdə baş verən hadisələr və müvafiq olaraq İraq, İordaniya və Livanın hava məkanının bağlanması fonunda Bağdad, Əmman və Beyruta uçuşları ləğv edib”, - deyə məlumatda bildirilir. Nazirlik əlavə edib ki, İsrailin İrana zərbəsi və gözlənilən cavab tədbirləri fonunda marşrutunu dəyişmək məcburiyyətində qalacaq bütün təyyarələri yerləşdirmək üçün Misirin bütün hava limanları “yüksək hazırlıq rejimində” işləyir. Qahirə Beynəlxalq Hava Limanı indiyədək uçuş marşrutunu dəyişmək məcburiyyətində qalan azı doqquz təyyarəni yanacaqla təmin edib.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Mülki Aviasiya Nazirliyi Misirin hava məkanının hazırda “açıq olduğunu, təhlükəsiz və normal fəaliyyət göstərdiyini” vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
2
azertag.az

3Mənbələr