AZ

Fransa: “Yaxın Şərqdə gərginliyin artmasından narahatıq” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Fransa xarici işlər naziri Jan-Noel Barro sosial şəbəkə "X"də yayımladığı açıqlamada İsrailin İrana zərbələrindən sonra regionda təhlükəsizlik vəziyyətinin kəskinləşməsinə görə narahatlıq ifadə edib.

"Fransa Yaxın Şərqdəki hadisələri tərəfdaşları ilə sıx koordinasiya şəraitində izləyir. Tərəfləri təmkinli olmağa və bölgədə sabitliyi poza biləcək istənilən eskalasiyadan çəkinməyə çağırırıq. Regionda vətəndaşlarımızın təhlükəsizliyi və maraqlarımızın qorunması əsas prioritetimizdir," - deyə bəyanatda bildirilib.

Barro, həmçinin qeyd edib ki, Fransa dəfələrlə İranın nüvə proqramı ilə bağlı dərin narahatlığını ifadə edib və İsrailin özünü istənilən hücumdan müdafiə etmək hüququnu tanıdığını vurğulayıb.

"Gərginliyin azaldılması üçün bütün diplomatik kanalların işə salınması vacibdir. Fransa bu səylərə tam töhfə verməyə hazırdır," - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
69
19
olaylar.az

10Mənbələr