AZ

Qazaxıstan Yaxın Şərqdə gərginliklə bağlı narahatlığını ifadə edib

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Qazaxıstan Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə bağlı narahatlığını ifadə edib.

“Report”un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

"Qazaxıstan XİN Yaxın Şərq regionunda təhlükəli hərbi eskalasiya ilə bağlı ciddi narahatlığını ifadə edir və münaqişənin BMT Nizamnaməsinə və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq yalnız siyasi-diplomatik yolla tezliklə həll olunmasının tərəfdarıdır", - məlumatda qeyd olunub.

Bundan başqa, XİN tərəfləri təmkinli olmağa çağırıb.

“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
2
cebheinfo.az

10Mənbələr