AZ

Münaqişə getdikcə qızışacaq: “Nüvə obyektlərinin tamamilə məhv edilməsi…”

“İran nəhayət ki, öz dikbaşlığının cavabını başına bombalar tökülməklə almağa başladı. On illərdir ona edilən xəbərdarlıqlara yekəxana cavablar verən İran rejimi bu gecədən etibarı ilə həm nüvə obyektlərindən, həm də yüksək rütbəli ordu rəhbərliyindən oldu. Onların tanınmış ən yüksək çinli rəhbərlərinin məhv edildiyi bildirilir. İsrail nəhayət ki, dediyini etdi. İrana kütləvi hava hücumu etməklə çox sayda hərbi və mülki obyektləri məhv etdi”.

Bunu Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

O bildirib ki, münaqişə getdikcə qızışacaq:

“ABŞ hələlik kənarda dayanmış kimi görünsə də onun da ehtiyac halında İsrailə açıq dəstək verəcəyinə şübhə yoxdur. İranın dron və raketlərlə cavab verəcəyi mütləqdir. Böyük ehtimalla İsrail və ABŞ bunun tədbirini alıb. Hesab edirəm ki, İranın nüvə məsələsini birdəfəlik qapamaq üçün başladılar. Bu tədbirlərin nəticə verməsini bilmək üçün bir neçə gün gözləmək lazımdır. Tərəflər bu günə kimi o qədər qapalı oyunlar oynayıblar ki, bu qarşıdurmanın hansı oyun olduğunu dəqiqləşdirmək üçün zaman lazımdır. Şəxsi qənaətim hava ilə İrana böyük zərərlər vurmaq mümkün olacaq, amma nüvə obyektlərinin tamamilə
məhv edilməsi çətin məsələdir. Danışıqı döyüş olub-olmaması tezliklə bəlli olacaq”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
29
19
editor.az

10Mənbələr