AZ

Yaşından böyük davranan uşaqlar...

Uşağınızın özünü olduğu yaşdan daha çox və ya az yaşlı kimi aparmasını müşahidə edirsiniz. 

Bəzən elə hallar olur ki, bağça yaşlı uşaqların yetişkin kimi davranması, müəyyən situasiyalarda məntiqli, özünə hakim fikirləri diqqətinizi çəkmiş olar. 

Bəs bunun səbəbi nədir? Nədən qaynaqlanır? Cavab çox sadədir: ata obrazı!

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, uşaq gah ruh, gah da pasport yaşındakı kimi davranış sərgiləyir. Bu davranışlar ətrafda - sinif müəlliməsi, yaşıdları, qohumları arasında diqqət çəkir:

“Atasına hədsiz bağlı olan uşaqlarda isə ata obrazı güclü olur. Bu da onların ruh yaşlarının yüksək olmasına gətirib çıxarır. Cəmiyyətimizdə bu uşaqlara rəğbət daha böyükdür. Amma əslində uşağımızın özünü yaşından yuxarı aparması onlarda həssaslığı gücləndirir ki, bu da gələcəkdə emosional pozuntulara gətirib çıxarır. Uşaq yaşından daha tez böyüyür, problemlərə qarşı daha həssas olur ki, bu da onlarda təhsilə marağı azaldaraq, özündən böyüklərlə ünsiyyətə meyli artırır”.

Sevinc

Seçilən
62
13
hit.az

10Mənbələr