Bu barədə Ajans.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qeyd edilib ki, İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,9 faiz artıb. ÜDM istehsalının 36,2 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 4,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,4 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 4896,1 manata bərabər olub.