
Ermənistanın keçmiş baş naziri Ovik Abramyan saxlanılıb.
Yeniavaz.comxəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, o, çirkli pulların yuyulmasında, vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz sahibkarlıq fəaliyyətində iştirakda ittiham olunur.
Hazırda Abramyanın evində axtarış aparılır.
Qeyd edək ki, Abramyana qarşı hələ 2023-cü ilin aprelində ittiham irəli sürülüb. İş materiallarına görə, o, 2008-2015-ci illər ərzində müxtəlif vəzifələrdə (deputat, Ararat meri, Ararat vilayətinin qubernatoru, ərazi administrasiyası naziri, baş nazirin müavini, prezident administrasiyasının rəhbəri, parlamentin spikeri, baş nazir) işləyərkən 230,4 milyon dram (təxminən 590 min dollar) dəyərində qanunsuz sövdələşmələr həyata keçirib.