Ermənistanın keçmiş baş naziri Ovik Abramyan saxlanılıb.
Turkustan.az milli.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Komitənin qeyd etdiyi kimi, Ovik Abramyan çirkli pulların yuyulmasında, vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olunur.
Məlumata görə, hazırda onun evində axtarış aparılır.
Qeyd edək ki, O.Abramyan 2014-2016-cı illərdə Ermənistanın baş naziri olub.