AZ

Öldürülən iranlı generalların yerinə təyinat olub

Məhəmməd Pakpur İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH-ın) yeni Baş komandanı təyin edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İranın Müdafiə Nazirliyi məlumat yayıb.

O, İsrailin bu gecə hücumu zamanı öldürülən SEPAH Baş komandanı, general-mayor Hüseyn Səlamini əvəz edəcək.

İsrailin hücumu nəticəsində öldürülən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin yerinə də təyinat olub. Bu vəzifə Əbdülrəhim Musəviyə tapşırılıb.

Seçilən
21
3
editor.az

4Mənbələr