AZ

"Sabah"ın futbolçusu Türkiyədə əməliyyat olunub

"Sabah"ın yarımmüdafiəçisi Seymur Məmmədov əməliyyat olunub.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu ikitərəfli qasıq yırtığı diaqnozu ilə Türkiyədəki klinikalardan birində cərrahi müdaxilə keçirib. Əməliyyatın uğurla gerçəkləşdiyi bildirilib.

Qeyd edək ki, 22 yaşlı futbolçu başa çatan mövsümdə "Sabah"da 10 oyuna çıxıb.

İdman.biz

Seçilən
37
10
idman.biz

10Mənbələr