Bakı. Trend:
Məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlıhərraca çıxarılan əmlakların satışı məqsədilə ötən ilin sonundaƏdliyyə Nazirliyi tərəfindən istifadəyə verilmiş “Elektron HərracPortalı” vasitəsilə 6 ay ərzində ümumi dəyəri 100,000,000 AZN-dəkolan 140 əmlak realizə edilib (satışı və ya ipoteka saxlayanatəklif edilməsi).
Nazirlikdən Trend-ə verilən məlumata görə, nəticədə məhkəmə vədigər orqanların qərarlarının icrası ilə bağlı uğurlu nəticələrəldə olunub.
Tam rəqəmsal formada həyata keçirilən hərraclarda ümumilikdə 308fiziki və hüquqi şəxs iştirak edib.
Hazırda Portalda elan mərhələsində 58, davam edən isə 47 hərracmövcuddur.
Bu hərraclarda iştirak imkanları hər kəs üçün bərabər vəəlçatandır. Qanunvericiliyə əsasən, elektron hərracda iştirakınaicazə verilən fiziki və hüquqi şəxslər, eləcə də tələbkar vəborclular “Digital Login” sistemi vasitəsilə qeydiyyatdan keçərəkvə Portalda elektron kabinet yaradaraq hərrac prosesində iştirakedə bilərlər.
Qeyd edilib ki, elektron hərracın keçirilməsi qaydası, portaldanistifadəyə dair təlimat və hərrac elanları ilə Portalın saytı vəsosial şəbəkə hesablarında tanış olmaq mümkündür.