ain.az, Azertag portalına istinadən məlumat yayır.
Qusar, 13 iyun, Elxan Yusifli, AZƏRTAC
Gələn ilin mart ayında "Şahdağ"da keçiriləcək Xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışları ilə bağlı infrastruktur işlərinə başlanılıb. Yeni 10 kilometrlik xizək yolunun inşası aparılır, bununla yanaşı, bu ilin sonunadək 124 nömrəlik yeni “Lakeside” hotelinin istifadəyə verilməsi nəzərdə tutulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov yay mövsümünün açılışı ilə əlaqədar mediatur zamanı jurnalistlərə açıqlamasında zamanı söyləyib.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Rüstəm Nəcəfov yay mövsümü ilə əlaqədar ərazidə və hotellərdə mövcud infrastrukturun təkmilləşdirildiyini, yenidənqurma və bərpa işlərinin aparıldığını, o cümlədən kanat xətlərinin, qonaqlara təklif olunan əyləncə növlərinin və atraksionların texniki baxışdan keçirilərək hazır vəziyyətə gətirildiyini qeyd edib. O, kompleksin inkişafının və genişləndirilməsinin mərhələli şəkildə həyata keçirildiyini və aparılan işlərin davamlı xarakter daşıdığını bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.