AZ

"Şahdağ"da Xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışları keçiriləcək

Gələn ilin mart ayında "Şahdağ"da keçiriləcək Xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışları ilə bağlı infrastruktur işlərinə başlanılıb. Yeni 10 kilometrlik xizək yolunun inşası aparılır, bununla yanaşı, bu ilin sonunadək 124 nömrəlik yeni “Lakeside” hotelinin istifadəyə verilməsi nəzərdə tutulub.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə yay mövsümünün açılışı, bu istiqamətdə həyata keçirilən işlər və yeniliklərlə əlaqədar media nümayəndələri üçün “Şahdağ”a təşkil olunan mediatur zamanı təşkil olunan mətbuat komfransında “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov söyləyib.

Rüstəm Nəcəfov yay mövsümü ilə əlaqədar ərazidə və hotellərdə mövcud infrastrukturun təkmilləşdirildiyini, yenidənqurma və bərpa işlərinin aparıldığını, o cümlədən kanat xətlərinin, qonaqlara təklif olunan əyləncə növlərinin və atraksionların texniki baxışdan keçirilərək hazır vəziyyətə gətirildiyini qeyd edib. O, kompleksin inkişafının və genişləndirilməsinin mərhələli şəkildə həyata keçirildiyini və aparılan işlərin davamlı xarakter daşıdığını bildirib.

Orxan Vahidoğlu, "İki sahil"

Seçilən
8
2
ikisahil.az

3Mənbələr