AZ

Avarçəkmə üzrə açıq Bakı birinciliyi təşkil olunacaq

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə iyunun 18-də avarçəkmə üzrə açıq Bakı birinciliyi keçiriləcək.

90deqiqe.Az-ın məlumatına görə, yeniyetmə və gənc idmançıların iştirakı ilə təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən iştirak edəcək.

Reqlamentə əsasən, idmançılar akademik avarçəkmə və kanoedə birnəfərlik qayıqda 500 metr məsafə üzrə mübarizə aparacaqlar. Kayak qayığında isə 500 metr məsafədə həm tək, həm də iki nəfərlik qayıqda çempionluq uğrunda mübarizə gedəcək.

Seçilən
7
14
90deqiqe.az

10Mənbələr