AZ

Abşeron rayonunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

Bakı. Trend:

Abşeron rayonunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunantədbir keçirilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı iləXırdalan şəhəri, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə RİHbaşçısı Abdin Fərzəliyev, regional idarə rəhbərləri, YAP Abşeronrayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimaiŞuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anasıXatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Raufİbadov atası Məhərrəm İbadov, hüquq mühafizə orqanlarının, idarə vətəşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları vərayon ictimaiyyəti iştirak edib.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsiönünə güllər düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramlayad ediblər.

Sonra Heydər Əliyev Mərkəzinə davam etdirilən tədbirdə DövlətHimni oxunub, Ulu Öndər Heydər Əliyevin, vətənimizin ərazibütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Daha sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şərəflihəyatına və əzmkar fəaliyyətinə - xatirəsinə həsr olunmuş videoçarxnümayiş olunub.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısıAbdin Fərzəliyev bildirib ki, Ümummilli Lider Heydər ƏliyevinAzərbaycan xalqını dövrünün siyasi və keşməkeşli proseslərindənnecə xilas etdiyi, vətənimiz, millətimiz üçün nə qədər böyük işlərgördüyü zaman ötdükcə daha çox dərk olunur.

Qeyd edilib ki, dünyanın bugünki siyasi gündəminə baxdıqda,beynəlxalq aləmdə cərəyan edən qeyri-sabitliyi müşahidə etdikcəmüasir Azərbaycanın belə müvəffəqiyyətli gələcəyə çatması üçün UluÖndərin vaxtında həyata keçirdiyi uğurlu siyasətin müstəsnaəhəmiyyətlərini qeyd etməmək olmaz. Azərbaycanın bu günə qədər əldəetdiyi bütün naliyyətlər Ümummilli Lider Heydər Əliyevin adı iləbağlıdır. Bildirilib ki, Heydər Əliyev siyasi fəaliyyətinin bütünmərhələlərində vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqəthissi ilə, qurub-yaratmaq amalı ilə yanaşmış, hər zaman millidəyərlərə bağlı olmuşdur. Ümummilli Lider Heydər Əliyevinfəaliyyəti nəticəsində ölkəmizdə yaşanan intibahdan,respublikamızda geniş vüsət alan hərtərəfli inkişafdan danışan RİHbaşçısı Ulu Öndərin milli ruhun dirçəldilməsində, dövlətçilikənənələlərinin qorunub saxlanılmasındakı xüsusi xidmətlərindən sözaçıb.

Bildirilib ki, bütün həyatı və fəaliyyəti boyunca daimavətənini, onun suverenliyini, dövlətimizin güclənməsini düşünənHeydər Əliyev Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyifaciələrdən, çətinliklərdən, bir dövlət kimi məhv olmaqtəhlükələrindən xilas etmək üçün misilsiz xidmətlər göstərmişdir.Bu gün də Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasikursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prerzidentiİlham Əliyev vətənimizin ərazi bütövlüyünü təmin etmiş, MüzəffərAli Baş Komandanın “Dəmir yumruğ”u ətrafında birləşən ordumuz VətənMüharibəsində düşmən üzərində şanlı qələbə qazanmış və bununla daata nəsihəti yerinə yetirilmişdir.

Sonra YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev,Abşeron-Xızı Regional Maliyyə İdarəsinin rəisi Bəhruz Məmmədov,şəhid Əbdülməcid Axundovun anası, Abşeron-Xızı Regional Mədəniyyətİdarəsinin Abşeron rayon üzrə nümayəndəsi Ceyran Həsənova çıxışedərək Ulu Öndərin Azərbaycan xalqının taleyində misilsiz roloynadığını, dahi şəxsiyyətin hər zaman qürur və iftixar hissi iləxatırlandığını və yad edildiyini bildiriblər.

Daha sonra respublikamızın tanınmış incəsənət xadirmlərininifasında bədii hissə təqdim olunub.

Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Abşeron
Seçilən
2
11
az.trend.az

10Mənbələr