AZ

“Azərreyl” italiyalı baş məşqçisi ilə müqaviləni uzadıb

Qadın voleybolçular arasında son ölkə çempionu “Azərreyl” baş məşqçisi Paolo Tofoli ilə müqavilə müddətini uzadıb.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, “dəmiryolçular” italiyalı mütəxəssislə 1 illik yeni sözləşmə imzalayıb.

“Azərreyl” Paolo Tofolinin rəhbərliyi altında ötən mövsüm Yüksək Liqanın qalibi olub.

Qeyd edək ki, o, 2024-cü ildən Bakı təmsilçisində işləyir.

İdman.biz

Seçilən
22
3
idman.biz

5Mənbələr