Qadın voleybolçular arasında son ölkə çempionu “Azərreyl” baş məşqçisi Paolo Tofoli ilə müqavilə müddətini uzadıb.
Bizim.Media xəbər verir ki, “dəmiryolçular” italiyalı mütəxəssislə 1 illik yeni sözləşmə imzalayıb.
“Azərreyl” Paolo Tofolinin rəhbərliyi altında ötən mövsüm Yüksək Liqanın qalibi olub.
Qeyd edək ki, o, 2024-cü ildən Bakı təmsilçisində işləyir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta