AZ

AMB “Bakı Fond Birjası” və onun məsul şəxslərini cərimələdi - NÖQSANLAR AŞKARLANIB

Azərbaycan Mərkəzi Bankı (AMB) “Bakı Fond Birjası” və onun məsul şəxslərini cərimələyib.

Bu barədə FED.az AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən “Bakı Fond Birjası” QSC-də aparılmış hərtərəfli yoxlamalar çərçivəsində aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müəyyən edilmiş tədbirlərin vaxtında icra edilməməsinə görə “Bakı Fond Birjası” QSC İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə əsasən Bakı Şəhər Yasamal Rayon Məhkəməsi tərəfindən 6000 manat məbləğində, BFB-nin vəzifəli şəxsi isə Mərkəzi Bank tərəfindən 1500 manat məbləğində cərimələnmişdir.

Bundan əlavə, BFB-də qiymətli kağızların ticarətə qəbulu, listinqə alınması, listinqdə saxlanılması və delistinqi Qaydalarının pozulmasına görə BFB-nin listinq komitəsinin sədrinə İnzibati Xətalar Məcəlləsinin 416.0.7-ci maddəsinə əsasən 700 manat məbləğində cərimə tətbiq edilmişdir.

Xatırladaq ki, 2024-cü ilin noyabr ayında “Bakı Fond Birjası” QSC-yə rəsmi xəbərdarlıq edilmişdi.

"Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Bakı Fond Birjası” QSC-nin “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 46.2 və 46.3-cü maddələrinə riayət etmədiyi müəyyənləşdirilmiş və bununla bağlı “Bakı Fond Birjası” QSC-yə rəsmi xəbərdarlıq edilmişdir", - Mərkəzi Bank bildirmişdi.

Seçilən
1
15
fed.az

10Mənbələr