Bakı. Trend:
Hər bir əlamətdar gün, bayram hesabat xarakteri daşımaqlayanaşı, həmin tarixin ölkənin, xalqın taleyində hansı rola malikolduğunu təhlil etmək, indiki və gələcək nəsillərə çatdırmaq üçüngeniş imkanlar yaradır. Məsələyə bu kontekstdən yanaşdıqdaəminliklə söyləmək olar ki, Azərbaycanın müstəqillik tarixinə qızılhərflərlə yazılan 15 İyun 1993-cü ilin ölkəmizin bu günü vəgələcəyi üçün əhəmiyyəti misilsizdir. “Konstitusiya və Suverenlikİli”ndə 15 İyun - Milli Qurtuluş Gününü tamamilə fərqli birovqatda, sonsuz qürur və iftixar hissi ilə qeyd edirik. Bu baxımdanki, hazırda Azərbaycan dövləti xalqımızın milli maraqlarını rəhbərtutaraq, yaratdığı yeni reallıqlar şəraitində müstəqil siyasətinidaha cəsarətlə, prinsipiallıqla davam etdirir, qüdrətli Azərbaycandövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarınaəsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamlairəliləyir. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri ərazibütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasıdır ki,2025-ci il bu ali sənədin qəbul edilməsinin 30 və Vətənmüharibəsində Qələbəmizin 5 ilinin tamam olması ilə tarixə yazılır.Hər iki əlamətdar hadisə 15 iyun 1993-cü ildən başlanan yoluntəqdimatlarıdır.
Real müstəqilliyimizin başlanğıc günü
Bu gün böyük sevinclə, sonsuz qürur hissi ilə müstəqilliyimizinbaşlanğıc tarixi olan 15 İyun-Milli Qurtuluş Gününün 32 illiyiniqeyd edirik. Zamanın hökmü ilə ötən əsrin 90-cı illərinin əvvəlindədövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü,xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasixəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi iləqarşılaşdı. AXC-Müsavat cütlüyü bir illik iqtidarı dövründə yalnızhakimiyyətini saxlamağı düşünərək ölkəmizə faciə gətirmiş, günahsızinsanların həlak olmasına səbəb olmuşdu. Dövlət əmlakının talanedilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsindəheç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsisuverenliyimizə təhdid yaratmışdı. Taleyimizin həll olunduğu ağırbir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətəqayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminəmisilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasipərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütünsahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidənqurduğu və hər cür qəsdlərdən qoruduğu Azərbaycan dövlətinindayanıqlı inkişaf yolunu müəyyən etdi. Heç də təsadüfi deyil ki,Ümummilli Liderin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadirtarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına qazandığımüstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələ kimiqiymətləndirilir.
Xilaskarlıq missiyası
Dahi rəhbər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakıxidmətlərindən bəhs edərkən, ilk növbədə, Onun xilaskarlıqmissiyası göz önünə gəlir. Məhz bu səbəbdən 1993-cü il 15 iyuntarixi Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yolunaçıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlətkimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması iləsəciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyükxidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu birşəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmiziparçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətbaşçısı İlham Əliyevin qeyd etdiyi kimi, danılmaz həqiqətdir ki,Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XXəsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüfedən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycantarixində dönüş nöqtəsi idi.
XX əsrin sonu həqiqətən də Azərbaycan dövlətinin, xalqınınhəyatında taleyüklü bir dövr idi. Tarixin bu mərhələsində baş verənhadisələr Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışınışərtləndirdi. Həm o dövrün çətinliklərini, həm vətəndaşqarşıdurmasını, həm də bütün dövrlərdə ölkəmizə diqqət və marağınartmasına səbəb olan coğrafi mövqeyimizi nəzərə alsaq, belə birçıxılmaz vəziyyət düşən ölkənin lideri olmağın nə qədər böyükməsuliyyət, ən əsası siyasi bacarıq və təcrübə tələb etdiyinitəsəvvür etmək çətin deyildi. Milli liderliklə siyasi liderlikkeyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində çoxnadir hallarda rast gəlinən unikal hadisədir. Bu şəxsiyyətlərarasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu,Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Onun dövlətinə,xalqına bağlılığı ilə yanaşı, Azərbaycanı daim zirvələrdə görməkistəyi atdığı hər bir addımda özünü aydın şəkildə nümayişetdirirdi. Əsas amal, məqsəd Azərbaycanın dünyaya Günəş kimidoğması idi ki, Ümummilli Liderin düşünülmüş və məqsədyönlüsiyasəti nəticəsində bu arzu, bu istək qısa zamanda reallığaçevrildi. Azərbaycanın qısa zamanda sabitlik diyarı kimi nüfuzqazanması malik olduğu təbii resurslardan səmərəli istifadəsinəgeniş imkanlar yaratdı. Halbuki 1991-1993-cü illərdə iqtisadiəlaqələrin qurulmasından, ölkə iqtisadiyyatına sərmayələrinyatırılmasından danışmaq mümkünsüz idi. Çünki ölkədə ictimai-siyasivəziyyət olduqca ağır idi. İqtisadi əlaqələrin qurulmasında maraqlıolan dövlətlər hər zaman ilk olaraq ölkədə sabitliyə, demokratikinkişafa diqqət yetirirlər. Ulu Öndər Heydər Əliyevi digər dövlətxadimlərindən və siyasi liderlərdən fərqləndirən Onun dərinbiliyində, qətiyyətində, işgüzarlığında, uzaqgörənliyində,qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində,müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomatolmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi.Azərbaycanı qorumaq, saxlamaq, dövlətçiliyimizi möhkəmləndirmək vəinkişaf etdirmək yolları hamar olmasa da Ümummilli Lider HeydərƏliyev dərin zəkası ilə bütün çətinliklərə sinə gərmək əzmindəolduğunu nümayiş etdirdi. Azərbaycanın inkişaf yolu 15 İyun- MilliQurtuluş Gününə aparan 9 iyun 1993-cü ildən başlandı. Uğurla davamedən Azərbaycanın müstəqilliyinin Heydər Əliyev dövrü dövlətçiliktariximizə xilaskarlıq missiyası kimi yazıldı.
Müstəqil və suveren dövlətin lideri, xarizmatik siyasətdahisi, əsl vətəndaş
İstər çağdaş Azərbaycan tarixində, istərsə də xalqımızınyaddaşında Ümummilli Lider Heydər Əliyev müstəqil və suverendövlətin lideri, xarizmatik siyasət dahisi, əsl vətəndaş kimiözünəməxsus yer tutub. Bu çətin məqamda xalqı ilə birlikdə olduğunubəyan edən Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Bakıyagəlişi, qardaş qırğınının qarşısını almaq istiqamətində göstərdiyisəylər Onda olan Vətən, xalq sevgisinin aydın ifadəsi idi.Ümummilli Lider iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədriseçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə AzərbaycanRespublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyəbaşladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsindəUlu Öndər yekdilliklə Azərbaycan Respublikasının Prezidentiseçildi. Dövlət başçısı İlham Əliyev çıxışlarında daim müstəqilliktariximizin Heydər Əliyev dövrünün reallıqlarını əsaslı şəkildəqeyd edərək bu çağırışı edir ki, o dövrü bilməyən, o vaxt yaşamayangənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyubsaxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxthakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsəəlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimiyaşaya bilərdi: “Biz bu tarixi bilməliyik, bilirik və bundan sonraöz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, buvaxta qədər qurmuşuq. 1993-2003-cü illər həlledici illərolmuşdur.”
Dövlətçiliyin əsasının qoyulduğu illər
1993-2003-cü illərdə dövlətçiliyin əsasları qoyuldu. MilliKonstitusiyamız qəbul olundu. Siyasi islahatlara start verildi,çoxpartiyalı sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən çıxdı.Azərbaycan hörmətə layiq olan ölkə kimi tanınmağa başladı. Böyükinvestisiyalar cəlb edildi. Ordu quruculuğuna start verildi.Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı. Okadrlar ki, bu gün də ölkəmizin müxtəlif sahələrinin inkişafına öztöhfələrini verirlər.
İllər biri-birini əvəzlədikcə 15 iyun 1993-cü il tarixinin önəmidaha aydın dərk olunur. Qurtuluşdan başlanan yol bu gün tammüstəqil və suveren Azərbaycanın daha yüksək zirvələri fəthetməsini şərtləndirir. Qurtuluş Azərbaycanın bugünkü reallıqlarınayol açdı. 1993-2003-cü illər çağdaş tariximizdə sabitlik, inkişafdövrü, 2003-cü ildən sonrakı dövr isə Böyük Yolun davamı kimi yertutur. Böyük şəxsiyyət Heydər Əliyevin dahiyanə uzaqgörənlikləmüəyyənləşdirdiyi siyasət nəticəsində müstəqil Azərbaycan xaos,anarxiya, özbaşınalıq və iqtisadi böhrandan xilas oldu, sabitlik,inkişaf dövrünə qədəm qoydu. Ulu Öndər Heydər Əliyev bildirirdi ki,əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlamictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan,yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Uğurlugələcəyə hesablanmış siyasət Azərbaycanı qısa müddətdə sabitlikdiyarına çevirdi. Ulu Öndər Heydər Əliyevin gərgin səylərinəticəsində 1994-cü il mayın 12-də işğalçı Ermənistanla atəşkəssazişinin imzalanması ölkəmizdə sabitliyin daha da möhkəmlənməsini,eyni zamanda, digər sahələrdə uğurlu addımların atılmasını təminetdi.
Ulu Öndərin yeni neft strategiyası: Bugünümüzə vəgələcəyimizə hesablanmış inkişaf konsepsiyası
Məhz həmin ilin sentyabrın 20-də dünyanın aparıcı transmillişirkətləri ilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neftsazişi imzalandı. Bununla Azərbaycanın dünya iqtisadi sisteminəinteqrasiyasının əsası qoyuldu. Bu saziş ölkəmizin iqtisadiimkanlarını artırmaqla yanaşı, beynəlxalq münasibətlər sistemindəyerini və rolunu möhkəmləndirdi. Çoxlarına əfsanə kimi görünənBakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri2006-2007-ci illərdə reallığa çevrildi. Regional çərçivədə qurulanəməkdaşlıq illər keçdikcə beynəlxalq miqyas aldı. Azərbaycanregional inkişafın aparısı qüvvəsinə, dünyanın enerjitəhlükəsizliyinin təminatçısına çevrildi. Onu da qeyd edək ki,Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsiolaraq 1999-cu ildə Dövlət Neft Fondu yaradıldı. Məqsəd neftgəlirlərinin idarə edilməsində şəffaflıq prinsipinin qorunması,ölkənin hərtərəfli inkişafına xidmət edən sosial-iqtisadilayihələrin uğurlu icrası idi. Ulu Öndər bildirirdi ki, neftAzərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indikinəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Hazırda DövlətNeft Fondunun bu ilin 31 mart tarixinə olan məlumata əsasənaktivlərinin həcmi 62 milyard dollardan artıqdır. Neft siyasətininməntiqi davamı olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsindəneft gəlirlərinin xərclənməsində şəffaflıq kriteriyalarının yüksəksəviyyədə qorunması mühüm rol oynayır. Ölkəmizin iqtisadiimkanlarının artması əhalinin sosial müdafiəsinin gücləndirilməsiistiqamətində biri-birindən əhəmiyyətli addımların atılmasına yolaçdı.
Göründüyü kimi, dahi şəxsiyyətin ölkə iqtisadiyyatınıninkişafında neft amilinə böyük dəyər verməsi bu günümüzə vəgələcəyimizə hesablanmış inkişaf konsepsiyasının əsas tərkibhissələrindən biridir. Məhz bu mühüm amilə söykənərək dövlətimizinbaşçısı İlham Əliyev bildirir ki, neftlə zəngin çox ölkələr var.Amma heç də onların hamısında bu resurslar inkişafa, tərəqqiyəxidmət etmir. Əhali arasında təbəqələşmə prosesi sürətli hal alır.Amma Azərbaycanın öz neft strategiyasını, inkişaf konsepsiyasınıdünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirməsibu kimi problemləri yaşamamasını şərtləndirdi. Neft gəlirlərininədalət prinsipinə uyğun olaraq bölgüsünün həyata keçirilməsiölkəmizdə uğurlu sosial siyasətə geniş imkanlar açdı.
Ümummilli Lider, eyni zamanda, bildirirdi ki, dünyanın inkişafetmiş ölkələrinin təcrübəsindən istifadə etməklə yanaşı, həm dəislahatlar aparmaq, bazar iqtisadiyyatı yolu ilə getmək, insanlarasərbəstlik vermək, torpağı kəndlilərə vermək, onları torpağınsahibi etmək, mülkiyyət formasını dəyişmək lazımdır. Ulu ÖndərHeydər Əliyevin 1993-cü ildən başladığı islahatlar dahi rəhbərinhakimiyyətinin birinci dövründə gördüyü işlərin davamı idi. Məhz odövrdə həyata keçirilən islahatlara əsaslanaraq bildirilirdi ki,yaradılmış iqtisadi potensial böyük sərvətimizdir. Bu sərvətAzərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraqyaşamasına imkan verir.
Azərbaycan dünyaya Günəş kimi doğdu
Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin birinci dövründəAzərbaycanı keçmiş İttifaqın ən qabaqcıl respublikalarından birinəçevirdiyi kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətəqayıdışından sonra xilaskarlıq missiyasını uğurla gerçəkləşdirməkləOnun şah əsəri kimi dəyərləndirilən Azərbaycanı zirvələrə qaldırdı,Günəş kimi dünyaya doğmasını təmin etdi, ən əsası xalqımızın öztarixi torpaqlarına qovuşması, tarixi ədalətin bərpası, ərazibütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması üçün möhkəmbaza yaratdı.
Ərazi bütövlüyümüzün və suverenliyimizin qarantı olan orduquruculuğu sahəsində görülən işlərin, yaradılan möhkəm təməlinnəticəsidir ki, Silahlı Qüvvələrimiz bu gün dünyanın ən güclü 50ordusu sırasında qərarlaşıb. 44 günlük İkinci Qarabağ müharibəsi,eyni zamanda, bir günlük lokal antiterror tədbirləri AzərbaycanOrdusunun gücünün, qüdrətinin dünyaya təqdimatı oldu. Azərbaycanıntarixi Zəfərini şərtləndirən amillər sırasında yer alan diplomatikmübarizədə də Ümummilli Liderin düşünülmüş siyasəti öz sözünü dedi.İstər döyüş meydanında, istərsə də diplomatik cəbhədə üstünlüyü ələalan Azərbaycan Heydər Əliyev siyasətinin uğurlarını dünyaya təqdimetdi. Ümummilli Lider hakimiyyətə qayıdışının ilk günündən buçağırışı etdi ki, müstəqilliyimizi və suverenliyimizi əbədi etməküçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdanbir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birlik,həmrəylik tələb olunur. Azərbaycanın diplomatik uğurlarındadiasporumuzun rolu da inkaredilməzdir. Ulu Öndər Heydər Əliyev birdövlətin xaricdəki varlığının təsdiqi kimi Azərbaycan diasporununbirliyini, həmrəyliyini vacib amil kimi önə çəkirdi. Məhz onuntəşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda DünyaAzərbaycanlılarının I Qurultayı keçirildi. Qurultaydan əvvəlÜmummilli Liderin çağırışına uyğun olaraq dünyanın müxtəlifölkələrində Azərbaycan cəmiyyətləri, mərkəzləri yaradıldı. Onlarınvahid mərkəzdən idarə olunmasına xidmət edən DünyaAzərbaycanlılarının I Qurultayı soydaşlarımızın bir araya gəlməsinəgeniş yol açdı. Artıq 2001-ci ildən başlayaraq hər 5 ildən birDünya Azərbaycanlılarının qurultayları keçirilir. Dünyanın müxtəlifölkələrində yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi fonundahəmin ölkələrdə cərəyan edən proseslərə təsir imkanları artır.
Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədiyaşayacaq
Bu gün qürurla tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün vəsuverenliyimizin tam bərpasından bəhs edərkən onun yaratdığıreallıqlar fonunda 2022-ci ildə Qarabağın tacı Şuşanın 30 ildənsonra dünya azərbaycanlılarını bir araya gətirərək ZəfərQurultayına şahidlik etməsini xatırlamaya bilmərik. Prezident İlhamƏliyev həmin qurultaydakı çıxışında bildirdi ki, buraya gələrkən2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Ulu ÖndərHeydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildəkeçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda,təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir vədemişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğalaltında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqıöz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərindavamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıqişləri başlayarkən mənə məruzə edildi və dedim ki, bu qurultaymütləq Şuşada keçirilməlidir. Dövlətimizin başçısı onu da qeydetmişdir ki, bu gün alnımız açıqdır, üzümüz gülür, başımız dikdirvə həmişə belə olacaq. Bundan sonra Azərbaycan xalqı müzəffər xalqkimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədiyaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq vəheç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz.
Zamanın tələbi, xalqın istəyi ilə yaradılan YeniAzərbaycan Partiyası
Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhsedərkən milyonların partiyası kimi nüfuz qazanan Yeni AzərbaycanPartiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Xalqın böyükəksəriyyətinin istəyini özündə əks etdirən 91 nəfər ziyalının UluÖndər Heydər Əliyevə müraciəti, həmçinin dahi şəxsiyyətin bumüraciətə cavabı xalqın ümidinin yalnız Ümummilli Liderə olduğunu,Ulu Öndərin isə xalq, dövlət sevgisinin aydın mənzərəsini yaratdı.Zamanın tələbi, xalqın istəyi ilə yaradılan Yeni AzərbaycanPartiyasının çox keçmədən, yəni siyasət meydanına atılmasından 7 aysonra iqtidar partiyası kimi fəaliyyət göstərməsi xalqın Ulu ÖndərHeydər Əliyevə sevgisini, Yeni Azərbaycan Partiyasına inamını birdaha ortaya qoydu. Çox qısa zamanda xalqın partiyası adını qazananYeni Azərbaycan Partiyası daim tutduğu yola sadiqliyi ilə nüfuzunuartırır, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha damöhkəmləndirir. Partiya ilk gündən öz adını qələbələr partiyasıkimi də tarixə yazdı. Ölkədə keçirilən seçki proseslərindəpartiyanın qələbələri xalqın YAP-ın gələcəyinə, həyata keçirilənsiyasətə inamına işıq salır. Bu gün hansı sahədən bəhs etsəkuğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizdən sonra həministiqamətdə baş verən dəyişikliklərdən, təkmilləşdmədən danışmamaqmümkün deyil. Bu baxımdan Yeni Azərbaycan Partiyası da şanlıQələbəmizin reallıqları əsasında 2021-ci ildə VII qurultayınıkeçirdi. Zəfər qurultayında dövlətimizin başçısı İlham Əliyevpartiyanın qarşısında dayanan vəzifələri açıqladı. Qurultaydakıçıxışında “Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər HeydərƏliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafındayaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısındagöstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əslvətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqiinsanlarını onun ətrafında birləşdirdi” söyləyən Prezident İlhamƏliyev onu da xüsusi qeyd etdi ki, Yeni Azərbaycan Partiyası nəinkiAzərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundansonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq. HəminQurultayda formalaşan yeni tərkib, qəbul olunan yeni Nizamnamə,eyni zamanda, 2021-ci ilin sonunda təsdiqlənən “Biz birlikdəgüclüyük!” devizi altında yeni Proqram partiyanın yeni dövrdəqarşıya qoyduğu vəzifələrin uğurlu icrasını təmin edir.
Dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasdanüfuzu gündən-günə artan dövlət
Təbii ki, 15 iyun 1993-cü ildən başlanan inkişaf yolununuğurlarını bir yazıda tam əhatə etmək mümkün deyil. Gerçək olanbudur ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi iləhakimiyyətə qayıdışı ilə Azərbaycan yenidən quruldu. 1993-2003-cüillərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqlarınbünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycaninkişafın təkmil modelini dünyaya təqlim edir. Son 21 ildən artıqdövrdə bu modelə edilən əlavələr və yeniliklər ölkəmizin beynəlxalqmünasibətlər sistemində yeri və rolunun artmasında əhəmiyyətli roloynayır. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurladavam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanındinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzugündən-günə artan dövlətinə çevrilib. Həyata keçirilən uğurlu,səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi vəinkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünyasiyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır.“2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir, mənəetimad göstərmişdir. Çünki mən demişdim ki, əgər xalq etimadgöstərərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam” söyləyən dövlətbaşçısı İlham Əliyev bildirir ki, o əsas amillərdən biri idi. Həyatonu göstərdi ki, doğrudan da tarixi uğurlara imza atdıq. Bu dövrüxarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır:“Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz budövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əksetdirəcəklər. Çünki bu, gənc ölkəmizin yeni dövrü idi, əvvəlkidövrə əsaslanmış, o möhkəm təmələ əsaslanmış, amma yeni dövrüdür.Çünki bu da təbiidir. Çünki hər dövrün öz tələbləri var. Biz1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bugün müharibədən sonra yeni dövr başlayır.”
Möhtərəm Prezidentimiz daim bu çağırışı da edir ki, hər dövrünöz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdəyaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır.Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları kənara qoymalıyıq.Bəli, bu, bizim üçün fundament, baza, imkan yaratdı ki, əsasməqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqındadanışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcəkhaqqında düşünməliyik, zamanı qabaqlamalıyıq.
Azərbaycan bütün işləri ardıcıllıqla həyata keçirir. Bu günböyük qürur hissi ilə qeyd edirik ki, bugünkü Azərbaycan Ulu ÖndərHeydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü vəsuverenliyi tam təmin olunmuş Azərbaycandır. Sözsüz ki, beləqüdrətli, suveren, ərazi bütövlüyünü təmin edən ölkəyə çevrilməküçün 27 illik yol getdik. 2020-ci ildə 44 günlük İkinci Qarabağmüharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevinrəhbərliyi ilə rəşadətli ordumuz tarixi Zəfərə imza atdı. Bu Zəfərnövbəti zəfərlərin davamlılığını təmin etdi. Belə ki, 2023-cü ildəAzərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi bir günlükantiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi.Ötən il isə diplomatik uğurlarımız sırasına Qazaxın dörd kəndiningeri qaytarılması əlavə olundu. Ulu Öndərin ən böyük arzusuAzərbaycanı bütöv görmək idi. Ümummilli Lider Heydər Əliyev 2003-cüildə xalqa tarixi müraciətində məhz bu inamı ifadə etmişdi ki,axıra çatdıra bilmədiyi işləri, planları Prezident İlham Əliyevhəyata keçirəcək. Dahi şəxsiyyət bu müraciəti ilə Heydər Əliyevyolunun davamlılığı fonunda Azərbaycanın daha möhtəşəm uğurlaraimza atmasına yol açdı. Ulu Öndərin “Arzu edirəm ki, sizinləbirlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. ŞuşaAzərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçünəzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heçvaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli,Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin oİsti suyu - biz onlarsız yaşaya bilmərik” çağırışına qürur doğurancavab dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 8noyabr 2020-ci ildə Şəhidlər xiyabanından Şuşanı nazad edilməsimüjdəsini xalqa çatdırarkən söylədiyi bu fikirlər oldu: “Mən bu günulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhuqarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, atavəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyükQələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözünaydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünyaazərbaycanlıları!”
Azad Qarabağ və Şərqi Zəngəzur cənnət məkanaçevrilir
Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda,Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə üçrəngli bayrağımızəzəmətlə dalğalanır. Bu torpaqlar cənnət məkana çevrilir. BöyükQayıdış Proqramının birinci mərhələsi uğurla davam edir.Ölçüyəgəlməz bərpa-quruculuq işləri soydaşlarımızın öz doğmayurd-yuvalarına qayıdışı ilə tamamlanır. Dövlət başçısı İlhamƏliyevin 30 may 2025-ci il tarixli “Azərbaycan Respublikasının2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə BöyükQayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında»Sərəncamı Böyük Qayıdışın davamlılığının təmin edilməsinə xidmətedir. Sənəddə də qeyd olunduğu kimi, işğaldan azad edilmişərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalininöz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə Qarabağ və ŞərqiZəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunmasıistiqamətində görülən işlər Böyük Qayıdış prosesini ölkəninsosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaztərkib hissəsinə çevirib. Azərbaycan qarşıdakı illərdə dahamürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilənyeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənindərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süniintellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir.Ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərindavamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşaxarici investisiyaların cəlbinin genişləndirilməsi, biznesmühitinin əlverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik vətexnologiya tutumunun gücləndirilməsi, həmçinin işğaldan azadolunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsiməqsədilə imzalanan Sərəncam növbəti mərhələdə soydaşlarımızınqayıdış ünvanlarının sayının artmasını da təmin edəcək. Qarbağımızvə Şərqi Zəngəzurumuz böyük investisiyalar məkanına çevriləcək.Azad edilmiş torpaqlar sevincli günlərini yaşayır.
Bu gün qürurla qeyd etdiyimiz məqamlardan biri də paytaxt Bakıilə yanaşı, Qarabağın və Şərqi Zəngəzurun beynəlxalq tədbirlər üçünideal məkan kimi qəbul olunmasıdır. Bu ərazilərdən dünyayaünvanlanan çağırışlar Azərbaycanın birlik, həmrəylik, əməkdaşlıqtərəfdarı olduğunu bir daha nümayiş etdirir. Azərbaycan-Türkiyəqardaşlığana Qarabağın tacı Şuşa, Azərbaycan-Türkiyə-Pakistanbirliyinə isə Laçın, Şərqi Zəngəzur şahidlik etdi. Azərbaycan butorpaqlarda üç Beynəlxalq Hava Limanının istifadəyə verilməsi iləQarabağın, Şərqi Zəngəzurun hava qapılarını dünyaya açdı. Görülənişlərin miqyası genişdir. Azərbaycan təkmil dirçəlik modelinidünyaya təqdim etməklə bu sahədə də təcrübəsinin nümunə olduğunutəsdiqləyir.
Heydər Əliyev Fondu: Ümummilli Liderin fəaliyyətinin,dövlətimiz, xalqımız qarşısında əvəzolunmaz xidmətlərinin fəaltəbliğatçısı
Təbii ki, uğurlarımızda Heydər Əliyev Fondunun rolu böyük, payıəvəzolunmazdır. 2004-cü ildə yaradılan Heydər Əliyev FonduÜmummilli Liderin fəaliyyətinin, dövlətimiz, xalqımız qarşısındaəvəzolunmaz xidmətlərinin fəal təbliğatçısıdır. Heydər Əliyevirsini təbliğ etməklə yanaşı, biri-birindən mühüm layihələrintəşəbbüsçüsü və iştirakçısı kimi tanınan və nüfuz qazanan FondunAzərbaycan reallıqlarının təbliğinə verdiyi davamlı töhfələrtəqdirəlayiqdir. Azərbaycanın Birinci vitse-prezidenti, HeydərƏliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi iləhəyata keçirilən layihələr Azərbaycan bütün sahələrdə uğurluinkişafına öz töhfəsini verir. Dövlətimizin başçısı İlham ƏliyevMehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti kimitəqdim edərkən Fondun uğurlu fəaliyyətini bir daha təhlil edərəkbildirmişdir: “Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlufəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eynizamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli,təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyilki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır.Sadaladığım bütün bu amilləri nəzərə alaraq, mən bu qərara gəldimvə bu gün Mehribanın həyatında yeni dövr başlayır. Əminəm ki, o,bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsiniverəcəkdir.» 2017-ci ildən ötən 8 ildən artıq dövrdə görülən işlər,əldə olunan uğurlar bu inamın təsdiqidir.
Bu gün Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyiilə azad Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsinə böyük töhfələrverir. Tarixi və mədəni abidələrimizin bərpası prosesi uğurlahəyata keçirilir. Hazırkı dövrün əsas çağırışı məhz Böyük QayıdışProqramının uğurlu icrası, tezliklə yüksək səviyyədə başaçatdırılmasıdır.
Heydər Əliyev siyasətinin uğurları davamlıdır. Milli Qurtuluşgünündən başlanan yol Azərbaycanı yeni-yeni hədəflərə nail olmasınıtəmin etməklə beynəlxalq münasibətlər sistemində söz sahibliyinimöhkəmləndirir, tarixi ədalətin bərpası fonunda yeni çağırışlaraistiqamətləndirir. Bu yol xalqımızı Qərbi Azərbaycana daqovuşduracaq. Tezilklə dövlət başçısı İlham Əliyev bu müjdəni dəxalqımıza çatdıracaq.
Qeyd etdiklərimiz belə bir ümumiləşdirməyə əsas verir ki,Qurtuluş Azərbaycanın bugünkü reallıqları və onların əsasındamüəyyənləşdirilən hədəflərimizin təqdimatıdır. Xalqımız tam əmindirki, qalib, bütövləşən Azərbaycan Prezident İlham Əliyev və Birincivitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsindəyeni-yeni zəfərlər qazanacaq, qarşıya qoyulan hədəflərə doğruinamla irəliləyəcək. Ölkəmizi tarixi Zəfərə qovuşduran MilliQurtuluş Günü münasibətilə qalib Azərbaycan xalqını təbrikedirəm.
Vüqar Rəhimzadə,
Milli Məclisin deputatı