AZ

İranlılar kütləvi şəkildə ölkəni TƏRK EDİR – Türkiyə ilə sərhəddə SIXLIQ – VİDEO

İsrail ilə yaşanan gərginlikdən sonra İran-Türkiyə sərhədində sıxlıq yaşanıb.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər teleqram kanallarında yayılıb.

Belə ki, İran vətəndaşları kütləvi şəkildə ölkəni tərk etmək üçün Türkiyə ilə sərhədə axın ediblər.
 

Qeyd edək ki, bu gün gecə saatlarında İsrail İrana qarşı “Yüksələn aslan” kod adlı hərbi əməliyyata başlayıb. Əməliyyat çərçivəsində paytaxt Tehrana və İranın nüvə obyektlərinə zərbələr endirilib.


Hücumlar nəticəsində İranın bir sıra yüksəkrütbəli komandanları və nüvə enerjisi sahəsində ixtisaslaşmış alimləri məhv edilib. Buna cavab olaraq İran İsrailə 100-dən çox PUA buraxıb. İran yaxın günlərdə sərt cavab tədbirlərinin görüləcəyini elan edib.


Bizim.Media

Seçilən
20
2
bizim.media

6Mənbələr